WhoWeAre or BizKimik ?
Azərbaycanlı Gənclər Klubu (Azerbaijani Youth Club) Britaniyadakı azərbaycanlı gənclərin şəbəkəsidir.
Bir qrup azərbaycanlı gəncin təşəbbüsü ilə 2005-ci ilin iyul ayında, Londonda Azərbaycanlı Gənclər Klubu fəaliyyətə başlayır. Məqsəd müxtəlif tədbirlər (partilər, toplantılar, pikniklər və digər müxtəlif formatlı görüşlər) təşkil etməklə Britaniyada yaşayan və təhsil alan azərbaycanlı gənclərin şəbəkəsini genişləndirmək və gücləndirmək, gənclərin ideya və istəklərini fikir mübadiləsi və müzakirələr vasitəsilə konkret və real layihələrə çevirməkdir. Şəbəkəyə daxil olan hər bir gənc istədiyi vaxt, istənilən məkanda gənclərin görüşünü təşkil edə bilər və bununla da gənclər şəbəkəsinin daha da güclənməsinə xidmət etmiş olar.
Azərbaycanlı Gənclər Klubu ideyaların, düşüncələrin, arzu və istəklərin həyata keçirilməsi üçün bir platformadır. Biz, gənclərin dəyişə və dəyişdirə biləcəyinə inanıriq. Qarşıya qoyulan məqsədə nail olmaq üçün səmimi istək və həmin istəyin həyata keçəcəyinə inam və bunu reallaşdırmaq üçün iradənin effektivliyinə inanırıq. Biz, təslim olmadan və planlı çalışdıqca bütün barierlərin aşıla biləcəyinə və istəklərin reallaşacağına əminik.
Azərbaycanlı Gənclər Klubu gənclər arasında tolerantlığın, pozitiv və azad düşüncə ruhunun yayılmasında maraqlıdır. Biz, Britaniyadakı azərbaycanlı gənclər şəbəkəsi olaraq üstün Avropa dəyərlərinin Azərbaycana ixracı, vətənimizin və azərbaycanlıların Avropada müsbət imiclə tanınması və Azərbaycanın Avropaya inteqrasiyası üçün çalışırıq.
Şəbəkəmizi təşkil edən gənclərin təşəbbüsü ilə həyata keçmiş fəaliyyətlər və layihələr:
Londondakı yerli radio stansiyaların birində ilk dəfə olaraq azərbaycan dilində radio veriliş (Salam Gətirmişəm) efirə çıxır (noyabr 2005), Londonda Qərbi Avropanın ilk Azərbaycan məktəbi fəaliyyətə başlayır (aprel 2006), Britaniyada (və yenə də Qərbi Avropada) ilk dəfə azərbaycan dilində qəzet nəşrə başlayır (sentyabr 2006), Londonda Azərbaycan Evi mədəniyyət mərkəzi açılır (noyabr 2007), Britaniyada azərbaycanlılardan ibarət rok qrupu təşkil olunur, Londondakı Azərbaycan Evində ilk dəfə olaraq Azərbaycan kitabxanası fəaliyyətə başlayır və s…
Azərbaycanlı Gənclər Klubu "Do You Know Azerbaijan" adlı sosialoji sorğunu uğurla davam etdirir və hal-hazırda ANTV Londonla birgə həmin layihənin video variantı hazırlanmaqdadır. `Fan Klub` (Britaniyada keçiriləcək idman və sənət yarışmalarında Azərbaycana dəstə üçün) və `Debat Klub` (müxtəlif mövzular ətrafında debatlar həyata keçirmək üçün) da mövcud layihələrdir. Layihə Emalatxanasının məqsədi isə müxtəlif ideyalar əsasında layihələr hazırlamaqla qrant əldə etməkdir. Hal-hazırda emalatxanada `Green Future` adlı velo klub layihəsi hazırlanmaqdadır.
Britaniyada hüquqi qeydiyyatdan keçmiş Azərbaycanlı Gənclər Fondunun məqsədi isə azərbaycanlı gənc və yeniyetmələrin ideya və layihələrini həyata keçirə bilmələri üçün dəstək olmaqdır. Şəbəkəmiz genişləndikcə fəaliyyətlərin sayı da durmadan artır. Biz Gələcəyə pozitiv yanaşırıq!
ENG
Azerbaijani Youth club is the network of Azerbaijani youth in the UK. The club was founded in July 2005, by a group of Azerbaijani youth living in the UK.
The aim of the group is to organise different kinds of events (for e.g. parties, meetings, gatherings) and to widen and strengthen the network. Through the use of exchange of opinions among the youth the Azerbaijani Youth Club wants to achieve positive projects. Every youth would be able to organise any kind of event, at any time, and in this way help to strengthen the network. In this way the Azerbaijani Youth Club is the platform to realize ideas and wills.
We believe that the youth can bring change and be the change. We also believe that to achieve a goal a wish, a will and a belief will be needed. We are sure that to achieve all the goals one needs to work continuously without giving up. Azerbaijani Youth Club is interested in spreading tolerance, positive and free minds among the youth.
We are working to bring European values to Azerbaijan, as well as promoting and integrating Azerbaijan into Europe.
Some of the projects that we have achieved are broadcasting of a radio program, in Azeri language, in one of the local radio stations; first Azerbaijani school was founded in Western Europe; first Azerbaijani newspaper published in the UK, as well as in Western Europe; the opening of ‘Azerbaijan House Culture and Community centre’; a library inside the ‘Azerbaijan House’ .
A social survey called “Do you know Azerbaijan?” was initiated by the Azerbaijani Youth Club.
The registered Azerberbaijani Youth Fund’s aim is to support Azerbaijani youngsters’ and teenagers’ ideas and plans. As our networks develops, so do the numbers of our activities. We approach future in a positive manner!



del.icio.us
Digg
Facebook
Technorati