Yaşıl Velosipedçilər Klubu
Klub 2008-ci il ilin sentyabr ayında bir qrup fəal gənc tərəfindən yaradılmışdır. Klubun yaradılmasında “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin 2007-ci ildən başlayaraq həyata keçirdiyi velosiped kampaniyaları Klubun yaranmasında böyük təkan vermişdir. Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən özəlliklə dövlət, qeyri dövlət, media və biznes strukturlarının nümayəndləri həmçinin tələbələrin fəal iştirakı ilə insanları ətraf mühitə qarşı daha məsuliyyətli yanaşmağa çağırmaq və ekoloji nəqliyyat vasitəsi olan velosipedləri ölkəmizdə təbliğ və inkişaf etdirməkdən ibarətdir.
“Yaşıl Velosipedçilər Klubu”-nun üzvləri kimlərdir?
Yaşıl Velosipedçilər Klubunun (bundan sonra Velo Klub) üzvləri velosipedi olan və ya velosiped sürməyə istəyi olan və Azərbaycan dilini bilən insanlardır. Klubun üzvləri içərisində şəhər və ya dağ velosipedi sürən insanlar var.
Biz mütamadi olaraq klub gəzintiləri (sübh velogəzintiləri, işdən/dərsdən sonra və həftə sonları velogəzintiləri) təşkil edirik. Həmçinin yeni üzvlərin bacarıqlarının artırılması və Velo Klub üzvləri üçün daim təlim proqramların təşkili planlaşdırılır
Biz, yeni velosipedçilərə kömək etməyə çalışan və Azərbaycanımızı təmiz saxlamağa səsləyən və öz əyləncəmizidə unutmayan bir velosipedçi komandayıq.
Məqsəd:
- Fiziki sağlam cəmiyyət qurmaq
- Azərbaycana sevgini artırmaq
- Ekoloji maarifləndirmə işini gücləndirmək
- Velosipedi insanlara sevdirmək
Vəzifələr:
* Dünyada ətraf mühitin qorunması proqramına dəstək olmaq və Azərbaycanda ekoloji maarifləndirici tədbirlər təşkil etmək
* Velosipedi nəqliyyat vasitəsi kimi təqdim və təbliğ etmək
* Azərbaycanda velosipedlər üçün xüsusi cığırların açılmasına nail olmaq
* Velosipedlər üçün yol hərəkət qaydalarına dair qanun layihəsi hazırlanmasına nail olmaq
Fəaliyyətlər:
* Azərbaycanda mütəmadi olaraq velo yürüşlər, gəzintilər və s. kimi kütləvi tədbirlər təşkil etmək
* Təlimlər təşkil etmək
a) Üzvlər üçün velosipedlər və onun istifadəsi ilə bağlı təlimlərin keçirilməsi
b) Velo Klubun inkişafı ilə bağlı (kütləvi tədbirləri necə keçirməli, fond axtarışı və s.) təlimlərin keçirilməsi
c) Mütəmadi olaraq ekoloji maarifləndirici tədbirlərin (yerli və beynəlxalq) keçirilməsi və fəaliyyət istiqaməti üzrə digər təşkilatlar/klublarla əməkdaşlıq
Üzvlük:
* 16 +
* velosiped sürməyə istəyi olmalı
* aylıq üzvlük haqqı ödəməli*
qeyd: yığılan vəsait klubun inkişafı üçün (xüsusi köynəklər, təbliğat materialları və s.) xərclənəcək
* Qızıl qaydalara əməl etməli




del.icio.us
Digg
Facebook
Technorati