Araz qəzeti növbəti sayının cızma-qarası
Araz qəzetinin sentyabrın 18-də işıq üzü görəcək ad günü sayının cızma-qarası eksklüziv olaraq azeryouth-da.
2006-cı ili sentyabr ayının 15-də ilk sayı çıxan “Araz Azerbaijan”, Britaniyada nəşr edilən ilk azərbaycan dilli qəzetdir. Qəzet redaksiyası bu il sentyabrın 18-də Arazın 3 yaşını qeyd etməyə hazırlaşır. Tədbir Azərbaycan Evində saat 19:30-da başlayacaq. İlk öncə qonaqlara qəzetin nəşr tarixindən məlumat veriləcək, bununla bağlı hazırlanmış video film nümayiş etdiriləcək. Daha sonra Arazın internet saytının təqdimatı olacaq.
Tədbir musiqili parti ilə davam edəcək. Təəsüflər olsun ki, “Undo The Mix” rok qrupunun çıxışı nəzərdə tutulmasa da, tədbir iştirakçıları tərəfindən güclü təkid olarsa, qrupun solisti Murad Undomix-i bir şeylər ifa etməyə məcbur etmək olar :) Belə ki, qrupun bütün üzvləri ad günü tədbirində iştirak edəcək.
Arazın ad günü tədbirində qəzetin sentyabr sayını əldə etmək şansınız olacaq.




del.icio.us
Digg
Facebook
Technorati