“Undo The Mix” hazırlaşır
Londondakı azərbaycanlı gənclərdən ibarət rok qrupu – “Undo The Mix” hazırlıqlarını davam etdirir. Azərbaycan Evində məşq edən qrup üzvlərinin planları böyükdür: Bir neçə mahnı hazırladıqdan sonra studiada albom hazırlatmaq.
Qrup indiyə qədər Londondakı Azərbaycan Evinin açılışında və eyni zamanda bu il mərkəzdə təşkil edilmiş Novruz proqramında çıxış edib (ANTV)
Bundan başqa qrup noyabrda Londonda keçiriləcək festivalda da iştirak etməyi planlaşdırır. Yeni üzvləri cəlb edən “Undo The Mix”, bütün bunlarla yanaşı vokalist axtarışındadır. Qrupun vokalisti Ramin Hakimov Londondan kənarda təhsilini davam etdirəcəyi üçün yeni birinə ehtiyac var.
Xatırladaq ki, Ramin bu il BBC 2-də yayımlanan Graham Norton Show –da çıxış edərək Azərbaycanın ilk Eurovision mahnısını ifa etmiş və tv proqramdakı jüri üzvləri tərəfindən (jüri üzvlərindən biri məşhur Hollywood aktyoru William Defoe olmuşdur) qalib elan edilmişdir. Raminin TV Show –da iştirakı zamanı çəkilmiş foto şəkil aşağıdadır.




del.icio.us
Digg
Facebook
Technorati