Home | OrdanBurdan | Cırttan A Mamedovun "Balaca dünya"sı

Cırttan A Mamedovun "Balaca dünya"sı

image

Cırttan A Mamedov Türkiyədə yaşayır. Bu gənc azərbaycanlı, bəstələri ilə gənclər arasında sevilməyə başlayıb.Əsərlərini gitarada ifa edən Mamedov, videolarını adətən facebook hesabında və youtube-da yerləşdirir. Bəstələri arasında “Dəyişdirmək mənim adımdır”, “Balaca dünya”, “Azad edin” xüsusilə maraqlıdır. Qeyri adi təxəllüsə malik Cırttan A Mamedov, yaxın vaxtlarda Londona gəlməyi də planlaşdırır. Londonda onun “Undo The Mix” üzvləri ilə də görüşücəyi gözlənilir.

Mamedovun “Dəyişdirmək mənim adımdır” parçasının sözləri belədir:

Axtar tap yolu
Əgər səndə vicdan varsa
Bax gözümün içinə
Xəstə ruhunu aç mənə
Dərmanın ölümdür bəlkə
Silahı uzad

Bizə dar gələr bu dünya
Ikimizə
Səsimizə az gələr
Kosmos
Kainatta kimlər varsa
Günahkarsan dedilər
Inanmırsan bax yağan yağışa

Qararmıs dərin qalındır
Ruhun daş kimidir ağırdır
Demək səni dəyistirmək
Mənim adımdır
Get səni odlar gözləyir
Allahsız

Aynada bax üzünə üzümü
Nə görürsən
Fərqimiz yoxdur deyirsən
Tək fərq var
Mən danışıram
Sən də dinləyirsən
Dəyistirmək mənim adımdır
Silahı uzad
  

 

 

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Powered by Vivvo CMS v4.1.5.1