Araz qəzetinin növbəti (sentyabr 2009) sayı işıq üzü gördü
Araz qəzetinin növbəti sayı işıq üzü gördü
Londonda azərbayca dilində nəşr edilən Araz qəzetinin sentyabr sayı işıq üzü görüb. Bu sayında qəzetin üç il bundan öncə - 15 sentyabr 2006-cı ildə necə fəaliyyət başladığı və nəşr tarixi haqqında yazını – “Olduqca ağır, lakin zövqlü üç il” məqaləsini oxuyacaq, həbs edilmiş iki azərbaycanlı gənc bloqçu, Emin Milli və Adnan Hacızadə haqqında “İki gənc bloqçunun hekayəsi” məqaləsi ilə tanış ola biləcəksiniz. Qəzetin bu sayında Əzizə Mustafazadənin London səfəri, Britaniya mediasının Azərbaycanla bağlı yazdıqları və azərbaycan icmasının Britaniyadakı fəaliyyətini əks etdirən bəzi xəbərlərlə də tanış olacaqsınız.
Qəzetdə nəşr edilmiş yazılar sırasında “Bakının azadlığı və ya türk işğalı”, bloqçu Əli S. Novruzovun “Xalq qurbağadır” məqalələri diqqəti cəlb edir. Həmçinin, Hicran Seyidova və Londonda məskunlaşmış Məmmədovlar ailəsi ilə müsahibələr də marağınıza səbəb olacaq.
Yeni açılmış Karikatura və Səyahət rubrikaları da maraqlıdır.
“Araz Azerbaijan” qəzeti 2005-ci ildə, Londonda, bir qrup azərbaycanlı gəncin təşəbbüsü və Londondakı musiqi məktəbinin direktoru Hicran Seyidovanın dəstəyi ilə nəşrə başlamışdır. 3000 tirajla nəşr edilən qəzet əsasən Londonda, eyni zamanda Avropanın bəzi bölgələrində və Azərbaycanda da yayılır.




del.icio.us
Digg
Facebook
Technorati