Home | OrdanBurdan | Azərbaycan Evində Araz qəzetinin ad günü qeyd edilib (ANTV)

Azərbaycan Evində Araz qəzetinin ad günü qeyd edilib (ANTV)

image Gənclər Araz qəzeti oxuyur!

Londonda azərbaycan dilində nəşr edilən Araz qəzetinin üç yaşının tamam olması münasibətilə London Azərbaycan Evində tədbir keçirilib. Qəzetin fəaliyyət tarixi haqqında qonaqlara məlumat verildikdən sonra, tədbir iştirakçıları da düşüncələrini bölüşüblər. Qonaqlardan Britaniya Türk Jurnalistlər Birliyinin başqanı Mustafa Kemal Erdemol, Dünya Azərbaycanlıları Konqresinin sədri Qulamrza Səbri Təbrizi, müasir Bakı haqqında foto albomun müəllifi, britaniyalı fotoqraf Colin J. Rosie və digərləri çıxış edib.

Araz qəzetinin ad günü tədbri məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun doğum günü ilə üst-üstə düşdüyündən Sədaqət Rəşidova və gənc musiqiçi Fərhad Əmirinin ifasında Üzeyir Hacıbəyovun əsəri səsləndirilib. Daha sonra, bəstəkar Məhəmməd Ənsari də pianoda öz əsərini ifa edib. Sonda Britaniyada yaşayan daha bir azərbaycanlı musiqiçi, Babək Bəxtəvər də tarda ifa edib və gecənin sonunda gənclər “Undo The Mix” rok qrupunun ifası ilə əyləniblər.

Araz qəzeti 2006-cı ilin sentabrında Britaniyada yaşayan və təhsil alan bir qrup azərbaycanlı gəncin təşəbbüsü və Londondakı “All Talents” musiqi məktəbinin direktoru Hicran Seyidovanın dəstəyi ilə işıq üzü görüb. Qəzetdə əsasən Britaniya və Avropadakı azərbaycanlıların fəaliyyəti işıqlandırılır.

ANTV London:

 

 

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Powered by Vivvo CMS v4.1.5.1