Londondakı azərbaycanlı peşəkarlar və ailələri üçün Ramazan proqramı
Londondakı azərbaycanlı peşəkarlar və ailələri üçün Ramazan proqramı
Azərbaycan Evində Ramazan Bayramı proqramı keçirilib. Azeri-British Peşəkarlar Cəmiyyəti (AzBap) tərəfindən təşkil edilmiş tədbirə Londonda yaşayan gənc azərbaycanlı peşəkarlar və onların ailələri dəvət edilib. İlk öncə Azərbaycan Evi icraçısı Vüsal Həmzəyev və tədbirin təşkilatçısı Elnur Seyidli qonaqları salamladılar və daha sonra tanışlıq oldu. AzBap koordinatoru Anar Baxşəliyev də bu cür tədbirlərin və görüşlərin Britaniyadakı azərbaycanlıar arasında şəbəkələşmənin güclənməsinə səbəb olduğunu vurğuladı.
Proqramın kiçik iştirakçılarını isə xüsusi surpriz gözləyirdi. Onları əyləndirmək üçün klon dəvət olunmuşdu. Uşaqlar əyləncəli oyunlarla yanaşı müxtəlif hədiyyələr də əldə etdilər.
Bu AzBab tərəfindən Azərbaycan Evində həyata keçirilmiş ikinci Ramazan Bayramı proqramı idi. Keçən il Ramazan proqramını AzBap üzvü Hüseyn Quliyev təşkil etmişdi.
Daha ətraflı Araz qəzetinin növbəti sayında





del.icio.us
Digg
Facebook
Technorati