Türkiyəni azərbaycanlılar qurub? (ANTV)
Türkiyəni azərbaycanlılar qurub?
Azərbaycan əsilli Prof Dr İbrahim Yılıdırın sentyabrın 27-də London Azərbaycan Evində "Türk mədəniyyətində azərbaycanlıların rolu, İstanbul və İstanbul Universiteti" və "Azərbaycandan Amasyaya türk mədəniyyəti, Şirvanlılar" mövzusunda mühazirə etdi. Tədbirdə Azərbaycan səfiri Fəxrəddin Qurbanov və Londondakı azərbaycanlı icmanın nümayəndələri iştirak etdi.
Prof Yıldırım Türkiyəyə köçmüş, orda təhsil almış və yaşamış azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatında oyandığı inanılmaz önəmli rolu haqqında araşdırmasını tədbir iştirakçılarına təqdim etdi. Hər kəsin heyrətlə qarşıladığı bu araşdırmadan ibarət kitabın nəşri də planlaşdırılır. Kitabda bir çoxlarımızın ümumiyyətlə xəbərimizin olmadığı faktlar arxiv materialları və foto şəkillər vasitəsilə işıqlandırılacaq.
Tədbirdə xüsusilə Atatürkün latın əlifbasını azərbaycanlı ziyalı Əhməd Ağaoğlunun təklifi əsasında qəbul etməsi faktı olduqca maraqla qarşılandı.
Daha ətraflı Araz qəzetinin növbəti sayında
Eksklüziv video ANTV London:



del.icio.us
Digg
Facebook
Technorati