Home | OrdanBurdan | “Odlar Yurdu”nun yeni sayı çıxdı

“Odlar Yurdu”nun yeni sayı çıxdı

image

Londonda nəşr edilən Odlar Yurdu qəzetinin sentyabr sayı işıq üzü görüb. Qəzetin bu sayında diaspor xəbərləri, Güney Azərbaycanda baş verənlər, tarix, cəmiyyət, sənət və digər rubrikalarda maraqlı yazılar dərc edilib. Bura Vətəndir rubrikasında bu dəfə Lənkəranla bağlı maraqlı faktlar yer alıb. Fotofakt səhifəsində isə yenə də Azərbaycandakı reallıqları əks etdirən satirik foto şəkillər yerləşdirilib. Qəzetdə həmçinin Böyük Britaniyada baş verən hadisələrlə bağlı maraqlı yazılarla da tanış ola bilərsiniz.

Xatırladaq ki, keçən ildən Londonda azərbaycan dilində nəşr edilməyə başlayan Odlar Yurdu qəzeti Britaniyadakı iki Azərbaycan qəzetindən biridir. Qəzet 3000 tirajla ayda bir dəfə çıxır.

 

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Powered by Vivvo CMS v4.1.5.1