“East Anglia”da Azərbaycanın təqdimatı
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə İngiltərənin şərqində yerləşən Norwich şəhərində, “Caspian-Khazri” tərəfindən Azərbaycanın təqdimatı tədbiri təşkil edilib. Tədbirdə şəhərin meri Evelyn Collishaw, Şerif Tim O'Riordan, Azərbaycan səfirliyinin nümayəndəsi, Rotaract klubunun İngiltərə təmsilçisi və digər qonaqlar iştirak ediblər.
“Caspian_khazri” Azərbaycan məktəbinin müdirəsi Simuzər Baloğlanovanın bildirdiyinə görə təqdimat tədbirində Azərbaycan mədniyyəti, tarixi, iqtisadiyyatı, Qarabağ problemi ilə bağlı power point nümayiş etdirilib. Tədbirdə həmçinin Buta rəqs qrupunun ifasında Azərbaycan milli rəqsi təqdim olunub, musiqiçilər Fərhad Əmiri, Malik Təbrizi və Məhəmməd Ənsari çıxış ediblər. Tədbir zamanı həmçinin qərara alınıb ki, zərb alətləri ifaçısı Malik Təbrizinin rəhbərliyi ilə Norwich-də zərb alətləri kurslarına başlansın.
Daha ətraflı Araz qəzetinin növbəti sayında




del.icio.us
Digg
Facebook
Technorati