Londondakı azərbaycanlılar “Family Guy” xəstəliyinə tutulub
Britaniyada son günlər hər kəs məşhur amerikan cizgi filmi olan “Family Guy”ı müzakirə edir. Londonda yaşayan azərbaycanlılar da istisna deyil. “Family Guy”, bu komediya cizgi filmini izləyən bütün azərbaycanlılar, xüsusilə də gənclərin əsas müzakirə mövzusuna çevrilib. Bəziləri isə hətta üzərində filmin xarakterlərinin əksi olan köynəklər də geyinirlər.
Azərbaycan Evində toplaşan gənclər də az qala “Family Guy”ı əsas müzakirə mövzusuna çeviriblər. Hər kəs bir “Family Guy” personajına pərəstiş edir. Bəzilərinə isə nifrət edirlər. Stewie və Brian isə çoxlarının sevimlisidir. Xüsusilə Stewie Britaniya aksenti ilə danışdığı üçün Londonlu azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanır.
Tanınmış Simpsonlar cizgi serialını xatırladan “Family Guy” Peter, Lois, Meg, Chris, Stewie, və onların iti olan Brian- dan ibarətdir. Seth MacFarlane tərəfindən yaradılmış cizgi filmi ideyası 1999-cu ildə ortaya çıxmışdır. “Family Guy” 11 Emmy mükafatına layiq görülmüşdür. Filmdə amerikalıların həyat tərzi və eyni zamanda, bir sıra siyasi məqamlara da toxunulur, satirik xarakter daşıyır.




del.icio.us
Digg
Facebook
Technorati