Home | OrdanBurdan | Londondan Azərbaycan radiosu- TEZLİKLƏ

Londondan Azərbaycan radiosu- TEZLİKLƏ

image

24 saat internet üzərindən (online) yayımlanacaq ANAZ Radionun efirə çıxmasına çox az qaldı!

ANAZ Radio əməkdaşlarının bildirdiyinə görə, bu radio azərbaycan dilində, 24 saat internet üzərindən yayımlanacaq. Londondakı azərbaycanlı musiqiçi, bəstəkar Məhəmməd Ənsarinin Bizim Təbriz News xəbər agentliyinə verdiyi məlumata görə, bütün texniki işlər başa çatıb və çox tezliklə radionun internet saytı (www.anazradio.com) üzərindən test yayımına başlanacaq.

Ənsari əlavə edib ki, ilk vaxtlar canlı proqramlar olmayacaq. Lakin, yaxın gələcəkdə canlı yayımlarla da dünya üzərində bütün azərbaycanlılar üçün maraqlı proqramlar efirə çıxacaq. O bildirib ki, bu radionun proqramları müxtəlif və rəngarəng olacaq. Bunların içində xəbərlər, araşdırma, mədəni müsahibələr, ictimai, tarixi, siyasi söhbətlər, əsasən isə Azərbaycan musiqisi səsləndiriləcək.

Qeyd edək ki, ANAZ Radionu həmçinin azeryouth.org və yaxında fəaliyyətə başlayacaq araznews.com internet saytlarından da dinləyə biləcəksiniz

Radio ilə bağlı ətraflı Araz qəzetinin növbəti sayında

 

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Powered by Vivvo CMS v4.1.5.1