ANAZ Radio üçün hazırlıqlar və studiyada (ANTV)
Londonda bir qrup güney və quzey azərbaycanlı gəncin təşəbbüsü ilə ANAZ Radio fəaliyyətə başlayır. İnternet üzərindən 24 saat yayımlanacaq radioda Azərbaycan musiqisi səsləndiriləcək, siyasi-ictimai, musiqili və uşaq verilişləri hazırlanacaq və efirə veriləcək. ANAZ Radioda bir sıra müəllif proqramları da yayımlanacaq. Bunlar arasında Söz Sözə, Biz, Musiqiyə bir Baxış, Cücələrim, Network və s. var.
Radio heç bir dövlətdən və siyasi-ictimai təşkilatdan asılı olmayaraq tam müstəqil fəaliyyət göstərəcək.
Radionu internet vasitəsilə dünyanın istənilən bölgəsində dinləmək mümkündür. Qısa zaman ərzində anazradio.com və digər internet saytları üzərindən ANAZ Radionu dinləmək mümkün olacaq.
ANAZ Radio hazırlıqları və studiyadakı səsyazmadan hazırlanmış ANTV reportajı aşağıda izləyə bilərsiniz:
Studiyadakı səsyazma və hazırlıqlardan foto şəkillər





del.icio.us
Digg
Facebook
Technorati