Home | OrdanBurdan | Azad Fikir Universiteti

Azad Fikir Universiteti

image

Bakıda fəaliyyət göstərən Azad Fikir Universitetinin (AFU) internet saytında belə yazılır:

İllər boyu bizlərə inandırmağa çalışıblar ki, diplom sahibi olmaq lazımdır. Diplom alandan sonra həyatda mövcud olan
bütün qapılar üzümüzə açıq olacaqdır. Diplom sayəsində biz yaxşı işlə təmin olunacaq, yaxşı əmək haqqı qazanacaq,
ailəmizi dolandıracaq, hörmət sahibi olacaq və həyatımızı mənalı yaşayacayıq.

Biz valideynlərimizin bizə həyatımız boyu dedikləri sözləri bir anlıq belə şübhə altına qoymadan həyatın pillələri ilə
uğurla addımladıq. Orta məktəbi bitirdik, müxtəlif universitetlərdə təhsil aldıq, məzun olduq və işlə təmin olunduq.
Lakin uzun illər keçəndən sonra etdiklərimizi yada salaraq bir həqiqəti anladıq.

Valideynlərimiz bizə nə edəcəyimizi və necə yaşayacağımızı öyrətməklə, müəllimlərimiz bizə hər gün səhər 9-dan
axşam 6-ya qədər olacaq məşğuliyyətimizi göstərməklə, bizlərə təbiətdən verilən müstəqil düşünmək,
sərbəst yaşamaq və azad fikir sahibi olmaq imkanlarımızı məhdudlaşdırdılar.

  Biz hesab edirik ki, ən kamil insan aşağıda sadalan 3 şərtə riayət edən insandır.

Müstəqil düşünmək üçün gərək heç kəs sənin qərarlarına müdaxilə etməsin;
Sərbəst yaşamaq üçün gərək heç kəs sənin hərəkətlərini mühakimə etməsin;
Azad fikir sahibi olmaq üçün gərək heç kəs sənin kütlənin fikrinə tabe etdirməsin.

Biz anlayırıq ki, bu şərtlərə riayət etmək səsləndiyi qədər asan deyil. Həyatımız boyu, ailəmizdən, ətrafımızdan, yoldaşlarımız
tərəfindən təzyiqlərə məruz qalacayıq. Bizi əhatə edən insanlar boz kütlədən fərqlənməyi xoşlamırlar.

Biz isə boz kütlənin bizi zəbt etməsini qəbul edə bilmirik. Biz ona görə fərqlənmək istəmirik ki, bu bizə xüsusi zövq verir. Biz ona görə fərqlənmək istəyirik ki, başqa cür yaşaya bilmirik. Özümüzü başqa cür ifadə edə bilmirik.

Unutmayın ki, tarix boyu hər hansı bir dəyişikliyi və yeniliyi edən insanlar, məhz kütləyə tabe olmayan, öz fikirlərindən və inanclarından geri dönməyən insanlar olub. O insanlar ki, fərqli fikir sahibi olmaqdan çəkinməyiblər

Biz azadıq və biz azad fikrə sahib olanlarla əhatə olunmaq istəyirik.

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
3.80
Powered by Vivvo CMS v4.1.5.1