İndoneziyada qadınların şlvarı cırılır
Qeyri-adi bir qanuna əsasən bu yaxınlarda İndoneziyanın bir vilayətində qadınların dar şalvar geyinməsi qadağan ediləcək. Buna qarşı olan qadınların şalvarları məmurlar tərəfindən cırılacaq. Acheh adlanan vilayətdə şəriət qanunları tədbiq edilir. Sentyabr ayında daş-qalaq qanununa görə həmin vilayətdə qalmaqal baş vermişdi. Həmin vilayətin rəhbəri olan Ram Lee Mənsur deyir ki, “çalışmışıq elə bir qanun tətbiq edək ki, qadınlar hicabdan istifadə etməyə məvbur olsunlar. Çalışırıq ki bu qanun dekabr ayına qədər tətbiq edilməyə başlansın”. O əlavə edir ki, “şalvar geyinilə bilər, lakin ətək ayağın üstünə qədər uzanmalıdır. Qanunla razılaşmayan qadınlar ictimai haqqlardan məhrum edilərək, məmurlar tərəfindən şalvarları cırıla bilər.”
Eyni vilayətin qərb bölgəsindən olan məzhəb lideri qeyd edir ki, əgər qadın şalvarı köynəyin üztündən geyinərsə bu çox böyük bir yalnış hərəkətdir və bütün qanunlara ziddir.



del.icio.us
Digg
Facebook
Technorati