Araz qəzetinin noyabr sayı işıq üzü görüb
Londonda azərbaycan dilində nəşr edilən qəzetin bu sayında yenicə yayıma başlamış Anaz Radio haqqında oxuyacaq, Britaniyadakı Azərbaycan icmasının fəaliyyətləri, yeniliklərlə tanış olacaqsınız.
Hər zamankı kimi Britaniya qəzetlərində Azərbaycanla bağlı yazılanları oxuya biləcəksiniz. Qəzetin bu sayından etibarən Güney Azərbaycanda baş verənlərlə bağlı Güney səhifəsindən oxuyacaqsınız. Qonaq səhifəsinin bu dəfəki qonağı isə Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizinin ailəsidir.
Müsahibimiz isə Bakıya vurulmuş şotlandiyalı fotoqraf Colin J. Rosie dir.
Qəzeti Londonun şimalında və cənub Londonda dükanlardan ələdə etmək mümkündür. Azərbaycan Evindən də pulsuz qəzetinizi əldə edə bilərsiniz. Abunə olmaq üçün 07809146861 nömrəsinə zəng edin.




del.icio.us
Digg
Facebook
Technorati