Türkiyə Cümhuriyyət Balında Azərbaycan masası açılıb
İngiltərə Türk Dərnəkləri Federasiyası tərəfindən Londonda təşkil edilmiş Türkiyə Cümhuriyyət Balında Azərbaycan masası açılıb. Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun da iştirak etdiyi Türkiyə Respublikasının quruluşunun 86-cı ildönümünə həsr edilmiş bayram tədbirində çıxış edənlər əsasən Türkiyənin qurucusu Mustafa Kamal Atatürk haqqında danışıblar. Daha sonra Britaniyadakı türk icmasının fəaliyyətindəki əmək və göstərdikləri dəstəyə görə bir sıra şəxslərə mükafatlar təqdim olunub. Mükafatçılar sırasında Londondakı Azərbaycan Evi İH sədri Dr Ali Təkin Atalar da olub. O, Britaniyadakı azərbaycanlı icmanın təmsilçisi olaraq türk toplumuna göstərdiyi dəstəyə görə mükafata layiq görülüb.
Mükafat təqdim olunduqdan sonra Dr Atalar ürək sözlərini bölüşüb. O, Atatürkün Türkiyə tarixindəki önəmli rolundan bəhs edib və Nəriman Nərimanovun rəhbərlik etdiyi Azərbaycan hökumətinin yeni qurulmuş Türkiyəyə etdiyi əvəzsiz və qarşılıqsız maddi və əsgəri yardımlarından danışıb. O ümid etdiyini bildirib ki, Türkiyənin dar günündə Azərbaycanın göstərdiyi bu dəstək qarşılığında indi Türkiyə Azərbaycanı darda qoymayacaq.

Türkiyə Cümhuriyyət Balında açılmış Azərbaycan masasında Azərbaycan Evi İH sədri Dr Ali Təkin Atalar, istedadlı gənc skripkaçımız Nəzrin Rəşidova, azərbaycanlı musiqiçilər Şamil Rəşidov və Sədaqət Rəşidova, Anaz Radio idarə heyətindən Şəhram Güneyli, Araz qəzeti redaktoru Vüsal Həmzəyev və başqa qonaqlar əyləşiblər.
Daha Ətraflı Araz qəzetinin növbəti sayında



del.icio.us
Digg
Facebook
Technorati