Nəzrin Rəşidovanın rəhbərlik etdiyi FeMusa ansamblının ikinci konserti baş tutub/ ANTV
Noyabr ayı Londonda Azərbaycanla bağlı mədəni tədbirlərlə zəngin olub.
Azərbaycan Evi açılışının bir yaşı münasibətilə təşkil edilmiş konsert proqramı, Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilmiş Azərbaycan Mədəniyyəti Həftəsonu və Buta Azərbayca Festivalı çərçivəsindən azərbaycanlı cazmen Şahin Növrəslinin konsertinin ardından Azərbaycan əsilli gənc skripkaçı Nəzrin Rəşidovamın rəhbərlik etdiyi qızlardan ibarət FeMusa simli alətlər ansamblı Londonda ikinci konsertini verib. İlk çıxışı bu ilin mayında baş tutmuş ansambl, bu dəfə noyabrın 27-də, London St James`s Church Picadilly-də çıxış edib. Klassik musiqisevərlərin izləməyə gəldiyi proqramda J.S.Bach, G.Rossini, E.Grieg və G.Holst- ın əsərləri səsləndirilib. Sonda isə qonaqlar Qara Qarayevdən dinləyiblər.
Daha ətraflı Araz qəzetinin növbəti sayında



del.icio.us
Digg
Facebook
Technorati