Azərbaycan gənclər sfresında aktivliyi ilə seçilən Vəfa Cəfərova (Ümummilli) nişanlandı. O, Türkiyədə yaşayan Azər (Cırttan) Məmmədovla nişanlanıb. Azər musiqi bəstələyir və gitara da ifa edir. Geniş dairədə tanınmasa da, onu tanıyanlar ifasını çox bəyənir.
Nişandan sonra Vəfanın facebook profilində təbriklər və ürək sözləri yazanların sayı durmadan artır. Vəfa isə təbriklərə qarşılıq olaraq bunları yazıb: “Butun tebrikler ucun tesekkur edirem:))) Papa ve qohumlar dunen menim dostlarimin cixisindan sonra xususi ile Xedicenin yaxinlasib mene nece shansli insan oldugumu dediler! Dostlar ve Azer kisi sizi sevirem ve cox xosbextem!” O dostlarına və nişanlısına görə xoşbəxt olduğunu bildirir.

Vəfa Cəfərova bir müddət Dalğa Gənclər Hərəkatına sədrlik edib. O, iki gənc bloqçu Emin Milli və Adnan Hacızadənin həbsinə etiraz kampaniyasının da aktivlərindəndir. Vəfa və Azərin nişan mərasimi Bakı klublarının birində keçirilib.