Londondakı gənclər ad günündə yığışıb
Londondakı azərbaycanlı gənclər ad günü tədbirində bir araya gəliblər. Bu dəfə Faiq Əliyevin ad günü qeyd olunub. Həm də, Azərbaycan Evində. Faiqin ad günüdə Britaniyadakı azərbaycanlı gənclərin necə sürətlə şəbəkələməsi bir daha sübut olunub. Hər bu cür tədbirə daha çox gənc toplaşır və bu gənclər arasında münasibətlər formalaşır, səmimilik artır.
Lakin ad günü sadəcə Faiq üçün olmayıb. Onun atası Arif Əliyevin də ad günü eyni gündə qeyd edilib. Təbii ki tort kəsilib, tanış və qohum ailələr toplaşıb, azərbaycansayağı süfrə, yemək-içmək, sağlıqlar, əylənmək və musiqi, rəqslər.
Gənclər hətta özbək musiqisi sədalarında rəqs ediblər. Ad günü partisində rəqs etmək üçün daha çox Azərbaycan (məsələn Rəqsanənin repertuarından) və Türk mahnıları səsləndirilib. Bəzən isə rnb. Tədbir, Azərbaycanda keçirilən ad günü tədbirləri ilə demək olar ki, heç nəylə fərqlənməyib. Partidə iştirak edənlər çox əyləndiklərini bildiriblər.
Faiqi ürəkdən təbrik edirik. O, Londondakı avtoş azərbaycanlı gənclərdən biridir.




del.icio.us
Digg
Facebook
Technorati