Home | OrdanBurdan | Ingiltərə əhalisi azərbaycanlıların əlindən Islandiyaya köçməyi fikirləşir

Ingiltərə əhalisi azərbaycanlıların əlindən Islandiyaya köçməyi fikirləşir

image

Bu sözlər Azərbaycanda bir vətəndaş cəmiyyəti layihəsi olan CinemAN ın facebook səhifəsində yazılıb. Səhifədə CinemAN belə təsvir edilir:

Rusiya Azərbaycan qazı ilə dolanıb doymağı bilmir.

Ingiltərə əhalisi azərbaycanlıların əlindən Islandiyaya köçməyi fikirləşir.

Azərbaycan bayraqdarları dünya siyasətində ən mühum rol oynayır.

Milli demokratik düşərgə bütün dünyaya səpələnir. Turqut, Pərvanə və Fatima Avropanı, Elşən isə bulvardaki vışkanı fəth edir.

Vüsallar və Babəklər epidemiya kimi yayılır.

Emin və Adnan hələ də həbsxanada saxlanılır.

Dəyişməyən sadəcə BİR şey var - insanların kinoya olan ölməz sevgisi.

CinemANı qaçırmayın!

Hər Bazar saat 16.00-də DALGA GH-nin ofisində.

Fərqli kino – fərgli düşünən gənclər üçün.

Gəl, bax ve ANları bölüş.

CinemAN-ın koordinatoru Nigar Fətəlidir. Bu həftə sonu isə tamaşaçılar "The Apple" (Sib) filminə baxmaq şansı əldə edcəklər. Filmdə Valideynləri tərəfindən 12 il həbsdə saxlanılandan sonra iki bacı nəhayet ictimai işçilər tərəfindən azad olunur ve ilk dəfə bayır dünyanı görürlər. Film baş vermiş hadiseler üzərində çəkilib. Filmi izləmək və ANlamaq istəyirsinizsə bazar günü, dekabrın 6-da, saat 16:00-da Shamsi Badalbeyli 11 (5 mərtebenin yanı) ünvanında yerləşən Dalga GH-nin ofisində olun və ya 050 408 88 04 (Nigar), 055 708 40 48 (Elshan) əlaqə saxlayın.

 

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
0
Powered by Vivvo CMS v4.1.5.1