Dalğanın yeni sədri var
Dalğa Gənclər Hərəkatının yeni sədri seçilib. Bu 20 yaşlı Rahim Mahmudzadədir. O, hərəkatın qurultayı zamanı keçirilmiş seçkilərdə Niyazi Militar, Nigar Zeynalova və Orxan Kazımlını qabaqlayıb. 32 səs toplayaraq sədr seçilib.
Rahim Qafqaz Universitetinin ikinci kurs tələbəsidir. O, Dalğa GH –na bu ilin sentyabrında qoşulub.
Dalğa Gənclər Hərəkatı 2005-ci il 12 fevralda yaradılıb. Hərəkatın əsas məqsədi liberal dəyərləri, insan və insan münasibətlərinin müqəddəsliyini təmin edən prinsipləri gənclər arasında yaymaq, Azərbaycanın sözün həqiqi mənasında demokratikləşməsi uğrunda gənclərin aktivliyini artırmaqdır. Hərəkat maarifləndirmə işlərini, eləcə də cəmiyyətdəki problemləri qabartmaq məqsədi ilə həyata keçirdiyi müxtəlif aksiyalarıyla tanınmaqdadır. Dalğa almanı özünə rəmz seçib. Hərəkatın ilk sədri Ramin Hacılı olub. Rahimdən öncə isə Dalğaya Vəfa Cəfərova (Ümummilli) rəhbərlik edib.




del.icio.us
Digg
Facebook
Technorati