Home | OrdanBurdan | “Azerbaijan in Photos” layihəsinə start verildi

“Azerbaijan in Photos” layihəsinə start verildi

image

Londonda fəaliyyət göstərən “The AZ Media Group” (http://theazmedia.com)un dəstəyi ilə yeni layihə start verilib. Layihə “Azerbaijan in Photos” adlanır. Məqsəd bütün Azərbaycanın şəhər və kəndlərindən, təbiətindən çəkilmiş foto şəkilləri bir saytda toplamaqdır. Saytda Həm Azərbaycan Respublikasının paytaxtı və bölgələri, həm dən Güney Azərbaycanın hər bir bölgəsinin təsvirləri cəmləşəcək. Lakin bunun üçün daha çox foto şəkilə ehtiyac var.

Buna görə də sayt əməkdaşları müraciət edərək saytın qurulmasında dəstək istəyir. Belə ki, hər kəs Azərbaycanın istənilən bölgəsində çəkdiyi foto şəkilləri göndərməklə saytın qurulmasında iştirak edə bilər. Foto şəkilləri yollayan müəlliflərin adı qeyd olunacaq.

Sayt təhvil veriləndən sonra isə hər kəs istədiyi zaman saytda qeydiyyatdan keçməklə fot şəkil əlavə etmək imkanı əldə edəcək. Layihənin həyata keçirilməsində dəstək göstərmək istəyənlərdən xahiş olunur ki, Azərbaycanla bağlı foto şəkilləri (şəkilin orijinal ölçüdə və konkret Azərbaycanın şəhər və ya kəndləri, təbiəti ilə bağlı olması vacibdir) info@theazmedia.com elektron ünvanına göndərsinlər. Suallarınızı da bu emailə yaza bilərsiniz.

 

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
4.00
Powered by Vivvo CMS v4.1.5.1