TheAzMediadan azərbaycanlılara həmrəylik hədiyyəsi
TheAzMedia Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə dünyada yaşayan bütün azərbaycanlıları təbrik edir və “Azerbaijan in Photos” internet saytını hədiyyə edir.
“Azerbaijan in Photos” internet səhifəsi bütün Azərbaycanı foto şəkillər vasitəsilə əhatə edir və birləşdirir.
Siz sayta daxil olmaqla Azərbaycanın istənilən bölgəsini əks etdirən foto şəkillərlə tanış ola bilərsiniz.
Saytda həmçinin foto şəkillərə münasibət bildirmək, şərh yazmaq imkanları da mövcuddur. Bütün bunlarla yanaşı, hər bir istifadəçi istənilən bölgə ilə bağlı əldə etdiyi foto şəkillərin saytda yerləşdirilməsi üçün şəkilləri info@azerbaijaninphotos.com email adresinə göndərə bilər.
Əgər bölmələrin içində axtardığınız bölgənin adını görmürsünüzsə bu, həmin bölgənin saytda olmaması demək deyil.
Bölgənin saytda görünməsi üçün ən azı həmin bölgəyə aid bir şəkil əlavə edilməlidir. Əldə etdiyiniz foto şəkilləri bizimlə bölüşməniz bu baxımdan da çox önəmlidir.
TheAzMedia həmçinin ismayilli.org foto saytını da təqdim edir



del.icio.us
Digg
Facebook
Technorati