Home | OrdanBurdan | 28 Aprel Yeni Bayram / Zərifə Əliyeva adına Analar Günü

28 Aprel Yeni Bayram / Zərifə Əliyeva adına Analar Günü

image

 

 Deputat Elmira Axundova Zərifə Əliyevanın ad günü olan 28 Aprelin Azərbaycanda Analar Günü Bayramı olaraq qeyd olunmasını təklif edib.

 

«Görkəmli oftolmoloq Zərifə Əliyevanın doğum günü - 28 aprelin Azərbaycanda Analar Günü kimi qeyd edilməsini təklif edirəm».

Bu sözləri deputat Elmira Axundova Milli Məclisin fevralın 1-də keçirilən toplantısında deyib.

Xanım deputat hesab edir ki, 8 mart Beynəlxalq Qadınlar Günü artıq önəmini itirib. Ona görə də bu günü ləğv edib qeyri-iş günü olan Analar Gününü təsis etmək məqsədəuyğundur.

Zərifə Əliyeva eks-prezident Heydər Əliyevin həyat yoldaşı, indiki prezident İlham Əliyevin anasıdır.

 

Zərifə Əliyeva

 

 

Sourced from AZADLIQ

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
0
Powered by Vivvo CMS v4.1.5.1