Mən Bakıya gəlmişdim ki, öz dilimdə təhsil almaq imkanım olsun
Mənbə: http://www.bbc.co.uk/azeri/news/story/2010/03/100330_iran_azeris.shtml
BBC Radio 4 kanalının çox populyar olan "Between Ourselves" ("Öz aramızda") proqramının studiyasının qonaqları iki qaçqın olub. Onlardan biri əslən Təbrizdən olan və bir müddət Azərbaycanda yaşamış Məhəmməd Ənsəridir. O, BBC Radio-4 kanalına İrandakı vəziyyətdən bunları ərz edib:
Mən Bakıya gəlmişdim ki, öz dilimdə təhsil almaq imkanım olsun. Mən həm də musiqi sənətini öyrənirdim. Sonralar qəzetlər üçün məqalələr yazmağa başladım. Bu isə Azərbaycandakı İran səfirliyinin xoşuna gəlmirdi. Çünki biz Salman Rüşdinin Xəcalət povestini tərcümə etmişdik. Biz o zaman çalışırdıq ki, Azərbaycana islam təməlçiliyi ixrac etməyə çalışan İranın qarşısını alaq. Odur ki, mən arada İrana gedib-gələndə məni sərhəddə incidirdilər, dəfələrlə həbs edirdilər. Sonra mən İrana qayıtdım və musiqi dərsi deməyə başladım. Onlar mənə Azərbaycan musiqlərini nəşr etdirmək imkanını vermədilər.
Sual. Onlar nə üçün buna icazə vermirdilər?
Çünki fars şovinizmi azərilərin öz ana dillərində təhsil almasını istəmir. Onlar istəmirlər ki, azərbaycanlılar öz mədəniyyətləri ilə fəxr etsinlər. Odur ki, İranda bütün başqa etnik qruplar basqı altındadırlar. İran çoxdilli, çoxmədəniyyətli ölkədir. İranda kürdlər, bəluclar, ərəblər, türkmənlər, azərilər var. Onlar başqa millətlərə təlqin etməyə çalışırlar ki, bizim kökümüz farsdır, lakin sonradan dilimiz dəyişib. Bu mümkün deyil. Çünki İran Farsistan deyil. Təkcə Persiya deyil.
Dinləyin:



del.icio.us
Digg
Facebook
Technorati