Home | OrdanBurdan | AEGEE-Bakı – Avropa Tələbələr Forumu Bakı İctimai Birliyi

AEGEE-Bakı – Avropa Tələbələr Forumu Bakı İctimai Birliyi

image

 AEGEE-Avropa şəbəkəsinin ən gənc antenalarından (üzvlərindən) biridir. AEGEE-Bakı qeyri-siyasi, qeyri-hökumət və dünyəvilik prinsipləri əsasında yaradılmış gənclər qurumudur. Təşkilatın üzvləri Bakının müxtəlif universitetlərində təhsil alan tələbələr və artıq təhsilini bitirmiş şəxslər ola bilər. 

AEGEE (Association des Etats Generaux des Etudiants de l'Europe) , yəni Avropa Tələbələri Forumu Avropada ən böyük tələbə assosiasiyasıdır; təşkilat Avropanın 42 ölkəsinin 230 şəhərindən olan 15.000-dək müxtəlif füsunkar mədəniyyətlərə malik tələbəni özündə birləşdirir. AEGEE dünyəvi, gəlir güdməyən, heç bir siyasi partiyaya aid olmayan bir təşkilatdır. Onun həyata keçirdiyi bütün layihə və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır.

Bizim əsas məqsədimiz beynəlxalq əməkdaşlığı dəstəkləmək və genişləndirməklə demokratoyanı, insan hüqüqlarını, tolerantlığı, təhsildə Avropa standartlarını və xüsusilə də Avropaya İnteqrasiyanı inkişaf etdirməkdir. Azərbaycanı Avropanın bir hissəsi hesab edən AEGEE-Bakı Avropa və Azərbaycan gəncləri arasında olan əməkdaşlığı, münasibətləri və inteqrasiyanın genişlənməsinin tərəfdarıdır. Bu məqsədlə AEGEE-Bakı müxtəlif yerli və beynəlxalq tədbirlər, o cümlədən yay universitetləri, dil kursları həyata keçirir və onlarda aktiv iştirak edir. 

2004-cü ildə bir neçə Avropa inteqrasiyası ideyalı azərbaycanlı tələbə yerli antennanın açılması təşəbbüsü ilə çıxış etmiş və artıq həmin ildə Avropa komandası ilə birgə bir neçə kiçik həcmli tədbir həyata keçirmişlər. Fəaliyyətinin 6 ili ərzində AEGEE-Bakı təşkilatı Azərbaycan gənclərinin Avropaya inteqrasiyasına əsaslı töhvə vermiş bir çox gənclər mübadiləsi proqramı həyata keçirmişdir.

Məqsədlər: 
 • Vahid Avropa məkanı ideyasını təşviq etmək 
 • Bu gün və gələcəyin tolerant cəmiyyətini formalaşdırmağa töhvə vermək 
 • Demokratiya, insan hüquqları, tolerantlıq, təhsildə sərhədlər arası əməkdaşlıq, mobillik və  Avropaya İnteqrasiyanı dəstəkləmək

 Fəaliyyət sahələri 
 •  Mədəni mübadilə 
 •  Aktiv Vətəndaşlıq 
 •  Ali təhsil 
 •  Sülh və Stabillik

 

Sourced from AEGEE BAKU

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
0
Powered by Vivvo CMS v4.1.5.1