Home | What's coming up | Ilk dəfə Bakida Michael Jackson Tribute Flashmob!!

Ilk dəfə Bakida Michael Jackson Tribute Flashmob!!

image

Ilk dəfə Bakida "Flashmob Azerbaijan" tərəfindən hazirlanan Michael Jackson Tribute Flashmob!!

Maykl Cekson tarixin ən uğurlu ifaçılarından biridir, 14 “Qremi” mükafatının sahibidir. 29 avqust Mayklın ad günü şərəfinə FLASHMOB Azerbaijan [OFFICIAL] qrupu Michael Jackson Tribute Flashmob-u təqdim edir!

Maykl Ceksonun şəxsiyyəti və yaradıcılığına biganə deyilsən?
O sənin qəlbində yaşayır? Rəqs etməyi sevirsən?
Deməli, bu fleşmob sənin üçündür!
...Yaş, cins qətiyyən VACİB DEYİL!
Hər kəs iştirak edə bilər: həm professional rəqqaslar, həm də lap yeni başlayanlar!

Training:

 

SSENARİ:
29 avqust tarixində moberlər danışılan yerdən bir az aralıda, gizli bir şəkildə yığışır və maskalanırlar. Danışılmış baxtda Maykl Ceksonun “Beat it” mahnısı çalınır. Musiqi ilə iştirakçılar hissə-hissə və sinxron rəqs etməyə başlayır. 1,5 dəqiqədən sonra musiqi bitir və hamı dağılışır.
İzləyicilər dəhşət, təəccüb və heyranlıq içərisindədir!
Bu fleşmob ilk dəfə Stokholmda keçirilib:
http://www.youtube.com/watch?v=je1KOcBYGjM

HAZIRLIQ:
Sizə bu yaxınlarda Türkiyədən Maykl Ceksonun xatirəsinə olan fleşmobların məşqçisi Ziya Maqsudun gəldiyini xəbər verməkdən sevinc duyuruq.
http://www.dailymotion.com/video/xcoic3_official-michael-jackson-dance-tri_music
Ziya Maqsud Maykl Ceksonun fanatı və çox səbirli bir rəqs müəllimidir. Eyni zamanda, AEGEE Europe-un Dance Working Group HR Responsible-dır.
Yəqin ki, yenə professional müəllimlər cəlb olunacaq.

24 iyuldan başlayaq hər həftəsonu 2 saatlıq məşqlər olacaq. 22 avqusta qədər istəyənlər üçün cəmi 10 məşq olacaq: 24, 25, 31 iyul, 1, 7, 8, 14, 15, 21, 22 avqust. Hər bir iştirakçının minimum 2 məşqdə 2 saat iştirak etməsi vacibdir. Hər məşqə hər yeni başlayan qatıla bilər. Maksimal dərəcədə çox məşqdə iştirak etməyinizi məsləhət görürük!
Flashmob.Azerbaijan@gmail.com adresinə "Michael" mövzulu email göndərməklə məşqlərdə iştiraknızı təsdiq edə bilərsiniz. Məşqlərin yeri və zamanını sizə email vasitəsilə bildirəcəyik.

25 və 28 avqust tarixlərində son məşqlər olacaq. HƏR KƏSİN İŞTİRAKI VACİBDİR!
29 avqustun ruhunu daha da üstdə tutmaq üçün mobdan 1 gün əvvəl 15 dəqiqəlik qısa final məşqi olacaq.

22 iyula qədər məşqlərin yeri bildiriləcək. Tez-tez yeni məlumatlar veriləcək, email adresinizi hər gün yoxlayın!

VAXT VƏ MƏKAN:
Yalnız son məşqlərdə REAL iştirakçılara bildiriləcək. Fleşmob eyni zamanda 2 ayrı yerdə də baş verə bilər.

 

 

 

Trainingden resimler:

 

 

 

 

 

 

 

Unutma! Qoşul bizə Facebook-da ! - FLASHMOB Azerbaijan

 

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
5.00
Powered by Vivvo CMS v4.1.5.1