Azerbaijani Youth Club: 28 Aprel Yeni Bayram / Zərifə Əliyeva adına Analar Günü 28 Aprel Yeni Bayram / Zərifə Əliyeva adına Analar Günü ================================================================================ Murad UmumElli on 01/02/2010 19:32:00 Deputat Elmira Axundova Zərifə Əliyevanın ad günü olan 28 Aprelin Azərbaycanda Analar Günü Bayramı olaraq qeyd olunmasını təklif edib. «Görkəmli oftolmoloq Zərifə Əliyevanın doğum günü - 28 aprelin Azərbaycanda Analar Günü kimi qeyd edilməsini təklif edirəm». Bu sözləri deputat Elmira Axundova Milli Məclisin fevralın 1-də keçirilən toplantısında deyib. Xanım deputat hesab edir ki, 8 mart Beynəlxalq Qadınlar Günü artıq önəmini itirib. Ona görə də bu günü ləğv edib qeyri-iş günü olan Analar Gününü təsis etmək məqsədəuyğundur. Zərifə Əliyeva eks-prezident Heydər Əliyevin həyat yoldaşı, indiki prezident İlham Əliyevin anasıdır. Zərifə Əliyeva Sourced from AZADLIQ