Alex S. İsmayılov
Alex S. İsmayılov (əsl adı Şəhriyar)
1990-cı ildə Sumqayıt şəhərində doğulub. Sumqayıtda Texniki və Tibb Elmləri Litseyini 10-cu sinifə qədər oxuyub.
2004-cü ilin avqustunda ailəsi ilə birgə İngiltərəyə köçüb. Londonda ailəsi ilə birgə yaşayır. Hal-hazırda University of East London-da Beynəlxalq Turizm və Xarici Dillər üzrə təhsilini davam etdirir. O, bütün məsləhətlərə baxmayaraq və tərslik nümayiş etdirərərk gələcəkdə Oxford universitetinə transfer almaq haqqında düşünür.
Alex bir çoxlarından fərqli olaraq Azərbaycan Evinin üzvü deyil və olmaq niyyəti də yoxdur. Lakin o, gənclər şəbəkəsinin fəallarındandır. Azərbaycan Evində bəzən könüllülük edir. Xüsusilə tədbirlərdə DJ vəzifısini daşıyır. Məsələn, bu il Azərbaycan Evində təşkil edilmiş yeni il və həmrəylik tədbirində DJ-lik etdikdən sonra, artıq Azərbaycan Evinə gələnlərin sayı kəskin şəkildə azalmışdır.
Alex “Undo The Mix” rok qrupunun drummer-idir (dostu Muradın ifadə etdiyi kimi isə peçeniya yeyənidir. Çünki o peçeniya yeyərək Azərbaycan Evini bulaşdırmaqda və təmizləməməkdə ustadır, əsl vəzifəsini həyata keçirməkdən fərqli olaraq).
Alexin ən sevdiyi hobbi skate sürmək və qulaqlqlar (headphone) vasitəsilə musiqi dinləməkdir. O Londona gələndən bəri skate-ə çox böyük maraq göstərmiş və hal-hazırda demək olar ki hər yerə skate-lə bərabər gedir. Qulaqlıqları isə heç vaxt çıxarmır. Bir çoxları isə elə düşünür ki, qulaqlıqlar onun boynuna yapışıb və yatanda və duş qəbul edəndə belə çıxmır. Çantasında dəyişik “səliqəli” paltarlar daşımağı xoşlayır. Dediyinə görə günəşi çox sevir. Maşın sürməyə böyük həvəsi var. Sürücülük vəsiqəsini almaq üçün praktika testinə hazırlaşır (bəlkə onda skate-dən əl çəkə).
Ən sevdiyi kompyuter oyunu: Counter Strike Source, F.E.A.R 2 Project Origin və Half Life-dır
Kitab oxumağı sevmir. Qəzet və jurnalı kitabdan üstün tutur.
Ən çox baxdığı filmlərdən biri “Family Guy” dır. Əsasən komediya və fantastic filmləri izləyir.
Sevdiyi musiqi qrupları: Avenged Sevenfold, Children of Bodom, Enigma, Green Day, Guns n Roses və s.
Özünü çox yaxşı drummer hesab edir. Ən çox sevdiyi drummer-lər: The Rev ( A7X) ,Travis Barker ( Blink 182) and Jaska ( Childrne of Bodom) .
Ən nifrət etdiyi şey insanların başqalarının həyatına qarışmasıdır.
Ənənəvi “Azərbaycanı necə görmək istərdin?” sualına belə cavab verib:
“Azərbaycanda milləti parlaq gələcəyə baxan görmək istərdim. Yəni, insanlar bir-birini geri çəkməsin. Gənclərin azad düşüncə sahibi olmağını istəyirəm. “common crowd' un effektləri və əlləri altında qalmasınlar. Öz arzularını çalışsınlar yerinə yetirməyə. Bir sözlə öz başlarını işlətsinlər və ətrafdakıların dediyi ilə oturub-durmasınlar.”
Chelsea –yə azarkeşlik edir.
Yenidən doğulmuş olsaydı pinqvin olmaq istəyərdi. Səbəbin demək istəmir.
Qız dostu çoxdu (özü belə deyir) ancaq daha çox olmasını istəyir!

azeryouth networking interviews



del.icio.us
Digg
Facebook
Technorati