Home | Network | Züleyxa Səfərəliyeva

Züleyxa Səfərəliyeva

image

Züleyxa (Zulya) Səfərəliyeva

 

1989-cu il 25 iyunda Bakı şəhəri Ramana qəsəbəsində (kəndində) doğulmuşdur. 90 saylı orta məktəbdə oxuyub. Elə bilir ki, Ramana Bakının ən yaxşı kəndidi (Ramana üzərindəki linkə daxil olmağı unutmayın).

 

Zulya 2003-cü ildə ailəsi ilə birgə İngiltərənin Bristol şəhərinə köçüb. 3 ay Bristolda yaşadıqdan sonra Londonda yaşamaq üçün daşınıblar. Hal-hazırda West Ham-də yaşayır və Waltham Forest kollecində təhsil alır.

 

O, özünün də ifadə etdiyi kimi ilin 70% pessimist, sadəcə 30% optimist ola bilir. Dostları hər zaman ona pozitiv enerji verməyə çalışsa da, özləri Zulyanın neqativ enerjisi və atmosferi təsirinə düşürlər :) Londonda azərbaycanlı gənclər şəbəkəsi qurulandan görüşlərdə, tədbirlərdə iştirak etməyə çalışır, Lakin pessimist olması daha yaradıcı və aktiv olmasına mane olur. Londondakı Azərbaycan məktəbinə də tez-tez gedərdi. M.Ə.Rəsulzadənin doğum gününə həsr edilmiş məşhur ANTV “Rəsulzadə tortu” proqramı Zulyanın yaşadığı evdə çəkilib. Lakin pessimist olması daha yaradıcı və aktiv olmasına mane olur.   

 

Rap söyləməyi sevir və bacarır. Söylədiyi rap üçün sözləri də özü yazır və dostları arasında oxumağı sevir. Bir neçə dəfə hətta record etdirmək haqqında da düşünüb və çalışıb, lakin həyata keçirə bilməməsinin səbəbi yenə də pessimistliyi. Azeryouth Networking Interviews (ANİ) üçün də rap yazıb:

 

Şeytan Qanı

Həyatımda 1 işıq qalıb,o da otağıma vuran ay işığı

Batmasın ay,gəlməsin yay,gecə itirməsin öz yaraşığın

Deyirlər həyata nə verirsən ,sənə onu qaytarır

Mən görəsən ona nə etdim,meni bu qədər ağladır?

 

Hamı məsləhət verən çıxıb,elə olma belə ol!

Hətta yolunu azanlar da mənə göstərirdi yol

Saflığımdan əsər-əlamət yox,içimdə nifrət bol

Məni öz tərəfinə çəkmək istəyir,bilmirəm sağdı ya sol

 

Üstəlik özü haqqında belə düşünür: “Həyat haqqında çox düşünürəm. Dərdli olmağı sevirəm, Problemlərdən qaça bilmirəm və hər bir xırda problemi ürəyimə salıram.” Qorxunc!

Sevdiyi musiqi aləti: Piano. Dediyinə görə Azərbaycanda yaşayanda bir neçə ay piano dərslərinə gedib.

Sevdiyi musiqi janrları: Hip-Hop, Rap, RnB. Son zamanlar isə hər şeyi dinləyir.

Sevdiyi musiqiçilər: 2Pac, The game, Bizzy, Bone, Ceza, HOST

Zulya kitab oxumağı sevmir , nadir hallarda oxuyur . Sevdiyi yazıçılar Agatha Christie və Azərbaycanın gənc yazıçısı Qaraqan(HOST)un A kitabı. Metroda olanda qəzet oxuyur və Araz qezetini oxumağı sevir. İnternet vasitəsilə xəbərlər haqqında məlumat alır. Zulyanın fikrincə day.az saytı rahat olduğuna görə maraqlıdır.

Deyir ki uşaqlıqdan qumarbaz olmuşam. Hara gedir kart tapıb oynamalıdır. Həyatda hər kəsi və hər şeyi sevməyə çalışır, ancaq özünü sevməyi bacarmırmış.

“Azərbaycanı necə görmək istərdin?”:

Azərbaycanın yaxşı və pis tərəfləri var, necəki bütün ölkələrin. Hər bir azərbaycanlı kimi mən də istərdim ki ölkəm gözəlləşsin, insanlar "adam" olsun. Bakıya gedəndə istəyirəm ki küçədə rahat gəzə bilim. İstəmirəm bütün gözlər mənim üstümdə olsun. Qanun qayda olsun, hər kəs özü olsun, biri-birlərinə baxıb hərəkət etməsinlər. Ətraf mühitin fikirlərinə görə oturub durmasınlar. İstəyirəm təkcə Bakını yox, bütün başqa şəhər və kəndləri də abadlaşdırsınlar”

 

Yenidən dünyaya gəlmiş olsaydı göyərçin olmaq istəyərdi: “Çünki quşlar sərhəd tanımır” və viza almağa ehtiyacları olmur.

 

West Ham fanatıdır. Azərbaycanda isə Neftçi FK

 

Zulya (ortada) qumar oynamağı sevir

 

 

azeryouth networking interviews (ANİ)

 

 

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Powered by Vivvo CMS v4.1.5.1