Fərid Əliyev
Fərid Əliyev
1992-ci il sentyabrın 15-də Bakıda doğulub. Orta məktəbin 10-cu sinifini isə Gəncə şəhərində bitirmişdir. Valideynləri İngiltərədə yaşadığı üçün 2009-cu ildə Londona köçüb. Hal-hazırda Wlatham Forest kollecində təhsil alır.
Əksəriyyət kimi təvazökar olmağa çalışsa da alınmayıb. Əsil azərbaycanlı xarakterinə uyğun olaraq özün tərifləyib: “Dostuma sadiq çıxmağı bacarıram (gözümüz aydın). İnsanın üzündə kədər görəndə çox yazığım gəlir və deyirəm ki, kaş ki pulum olsaydı ona kömək edərdim (guya ki kədər sadəcə pulsuzluqdan irəli gəlir).” Zarafatı sevir, səyahəti sevir, öyrənməyi sevir, yenilikləri qəbul etməyi bacarır və daha nələr... Mükəmməl və analoqu olmayan bir azərbaycanlı gənc (Azərbaycanı 2009-cu ildə tərk edib). Hə, bir də sözü üzə deməyi bacarmırmış. Ya utanır, ya da ki qorxaqdı.
Londona yeni köçməsinə baxmayaraq çox aktivlik nümayiş etdirir. Azərbaycan icmasının təşkil etdiyi demək olar ki bütün tədbirlərdə iştirak edib və ictimai fəaliyyətlərdə yaxından iştirak etməyə niyyətli görünür (Buta folklor rəqs qrupunda rəqs etməkdən imtina etsə belə).
Film seyr etməyi çox sevir. Xüsusən də komediya və qorxu (gecələri narahat yatsa da) filmlərini. Ən çox sevdiyi kino “Dumb and Dumber”dir. Deyir bu filmə baxanda gülüşnə qonşular gəlir.
Sevdiyi musiqiçilər: Enrique İglesias və ərəb musiqiçi Rafet el Roman
Sevdiyi musiqi aləti: Gitara. Lakin heç bir alətdə ifa etməyi bacarmır. Sadəcə stolun üstündə milli ritm tuta bilirmiş.
Üzgülüçülük idman növün çox sevir və TV -də futbol izləməyi xoşlayır.
İndiyə qədər yeganə oxuduğu kitab uşaq ensiklopediyası olub (dəhşət). Sevdiyi şer isə Bəxtiyar Vahabzadənin “Axı dünya fırlanır” adlı şeridir.
Dediyinə görə Azərbaycanda Müsavat qəzetini oxuyardı. Hal-hazırda isə əsas informasiya mənbəyi facebook və mix.az –dır.
“Azərbaycanı necə görmək istərdin?”:
“Mən Azərbaycanın ən yüksək zirvədə olmasını istərdim. Ölkədə insanlar bir-birinin ayağını dartmasınlar. Hər zaman qanuna tabe olsunlar. Ölkədə bir nömrəli problem olan (Fəridə görə təbii ki) təhsilimiz və tibbimiz əla səviyyədə olsun və əlbəttə ki dövlətimiz tərəfindən insanlara sevgi güclü olsun. Sonda birlik və vətənə sevgi. Vətənpərvərlik ona deyilmir ki, 2 il ərzində hərbi xidmət çəkib bitirəsən vəssalam.”
Dünyaya təkrar gəlsəydi durna olmaq istəyərdi.
Chelsea və FK Qarabağ azarkeşidir (öncələr Neftçi azarkeşi olub).

azeryouth networking interviews (ANI)



del.icio.us
Digg
Facebook
Technorati