Soltan Bayramov
Soltan Bayramov
1986-cı ildə Bakı şəhərində anadan olub (lakin pasportunda nədənsə Ağdam şəhərində doğulduğu yazılıb). Bakı şəhərində 304 saylı orta məktəbdə təhsil alıb. 2004-cü ilin yağmurlu avqust ayında Britaniya torpağına təhsil almaq məqsədilə ayaq basmışdır. Wales Universitetində biznes idarəçiliyi üzrə bakalavr dərəcəsində təhsil alan Soltan 2007-ci ilin payızında təhsilini yekunlaşdıraraq Vətənə geri dönmüş və cəmi 6 ay sonra geri qayıtmışdır. Bu dəfə eyni sahə üzrə maqistratura səviyyəsində təhsilini davam etdirmək üçün yenidən Londona üz tutmuşdur. 2009-cu ilin may ayında təhsilini nəhayət ki, başa vuraraq Londonu yenidən tərk etmək qərarına gəlmişdir. Lakin Bayramovun bu dəfəki dayanacağı Mersey çayı sahilindəki Liverpul şəhəri olmuşdur. Hal-hazırda adıçəkilən məkanda sahəsi üzrə çalışmaqdadır.
Dediyinə görə xaricdə təhsil onun müstəqil insan kimi formalaşmasında böyük rol oynamışdır. “Düzdür, valideynlərlə birlikdə yaşamaq daha rahatdır, amma onların hər addımbaşı yanında olmağı və hər problemini sənin yerinə həll etməyə can atması insanın bir növ tənbəl və ərkəsöyün formalaşması ilə nəticələnir. Amma bu heç də o demək deyil ki, xaricdəki müstəqilliyindən sui-istifadə etməli və yolunu azmalısan.”
Təhsil və karyeradan başqa özünü futbol məşqçisi və qəzet yazarı olaraq sınamışdır. Məşqçi kimi hər iki cəhdi uğursuzluqla nəticələnən Bayramovun Bakıda rəhbərlik etdiyi “İrəli” ÜGH-nın eyniadlı komandasının ADR-90 turnirində uğursuz çıxışından sonra uzun müddət özünə gələ bilməyən səbəbkarımız ikinci dəfə eyni ampulada özünü Londonda sınamaq imkanı qazanmışdır. Lakin, onun rəhbərlik etdiyi azərbaycanlı gənclərdən təşkil olunmuş “Araz” futbol klubu MDB ölkələri millətləri arasında baş tutan və 40-a qədər kollektivin yarışdığı birincilikdə faciəvi çıxış edərək son sıralardan birini tutmasından sonra bir daha bu sahəyə qayıtmayacağına tövbə etmişdir.
Musiqi və idmanı çox sevir. İstənilən növ qulağayatan musiqini dinləməyi bacarır. İdman növü olaraq isə özünü stajlı futbol fanatı sayır. İspaniyanın “Deportivo La Coruna” və Ağdamın “Qarabağ” klublarının çılğın azarkeşidir. Dediyinə görə, “Qarabağ”ın “Rosenborg” üzərindəki tarixi qələbəsindən sonra sevincindən bütün iş yoldaşlarına tort paylayıb.
Ən sevdiyi kino janrı: qorxu filmləri. Xüsusilə “Black Christmas”, “My Bloody Valentine”, “The Final Destination” və “Mirrors” filmlərini sevərək izləyir.
Pərəstiş etdiyi tarixi şəxsiyyət: Adolf Hitler. Dediyinə görə metr yarım boyunun olmasına baxmayaraq Hitlerin milyonlarla insanı öz anti-humanist fikirlərinə inandıra bilmək bacarığına həmişə həsəd aparıb.
Azərbaycanda baş verən hadisələri daha çox day.az və lent.az saytlarından izləyir.
2007-ci ildən ictimai fəaliyyətlə məşğuldur. Londonda fəaliyyət göstərən “Azerbaijani Youth Club”ın fəallarından olmaqla bərabər burada nəşr olunan “Araz Azerbaijan” qəzetinin redaktoru olaraq çalışmaqdadır. Bir neçə dəfə məvacibinin gecikməsi səbəbilə qəzet sıralaraını tərk etməyə cəhd göstərsə də sonunda içində olan qəzet sevgisi onu fikrindən daşındırıb.
ANİnterviewnun “Azərbaycanı necə görmək istərdin?” sualına cavabı:
“Başa düşmürəm, Azərbaycana nə olub ki? Zarafat bir yana, amma insanlarımızın Avropaya
inteqrasiyasının tək zahirən deyil, həm də daxilən baş tutmasını arzulayıram.”
Həyata yenidən gəlmək imkanı olsaydı, dinozavr olmağı seçərdi.

ANI



del.icio.us
Digg
Facebook
Technorati