Home | Network | Leyla Nəcəfova

Leyla Nəcəfova

image

Leyla Nəcəfova

1990-cı il avqustun 10-da, səhər saat 7-də Bakıda dünyaya göz açıb. Bakı Xoreoqrafiya Məktəbində və 1 saylı Dəmiryol Məktəbində təhsil alıb. Deyir ki, “Nəhayət müllimə mükəmməl idi.”

2000-ci ildə ailəsiylə birgə Londona köçüb. Londonda 3 məktəb dəyişib, sonda 6th Form College-də təhsil alıb. Hal-hazırda London Queen Mary University-də French and Business Management oxuyur.

Deyir ki pozitiv biridir: “Çalışıram ədaləti dəstəkləyəm və ədalətsizliyə qarşı mübarizə aparam. Hər zaman özümü inkişaf etdirməyə çalışıram. Film seyr edərkən ağlamıram.” Ancaq eyni zamanda təmbəl olduğunu da etiraf edir: “Çox az kitab oxuyuram, lazım gələndə sonuna qədər mübahisə etməyi bacarmıram.” Leyla özü haqqında sensasiyalı məlumat verməkdən də çəkinmir: “Mənim Lilith olmaq potensialım var.”

Leyla son illərdə siyasətə marağnın artdığını bildirir. Azərbaycanda və dünyanın başqa bölgələrində baş verənlərlə yaxından maraqlanır. Həmçinin fəlsəfə ilə də çox maraqlanır. Çoxlu insanların əhatəsində olmağı və musiqini sevir.

O, hip-hop həvəskarıdır. Sevdiyi musiqiçilər: Lupe Fiasco, The Roots, Talib Kweli, Mos Def, Sinik, Keny Arkana və s. Hərdən rok da dinləməyi bacarır. Əsasən The Killers və Muse. Özünün dedyinə görə bəzən hətta pop dinləyə biləcək qədər də zövqsüz olur.

Sevdiyi kitablar: The Mill on The Floss (George Eliot) və Breakfast of Champions (Kurt Vonnegut). Oxuduğu son kitab isə Bill Bryson-dan Notes from a Big Country olub.

Nə Azərbaycanda olarkən, nə də burda Azərbaycan TV kanallarına baxmadığını bildirir. Azərbaycan haqqında məlumatı isə əsasən azerireport.comazadliq.org saytlarından alır.

Azərbaycanı necə görmək istərdin?

“Azad”

İkinci dəfə dünyaya gəlsəydi daha güclü olmaq istərdi.

Leyla Manchester United azarkeşidir. Azərbaycan klubları arasında isə fərq görmür.

 

 

ANİ

 

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
5.00
Powered by Vivvo CMS v4.1.5.1