Həzi Məmmədov
Həzi Məmmədov
1991-ci ilin avqustun 26-da Bakı şəhərində anadan olub. Bakının 74 saylı orta məktəbində təhsil alıb. 4-cü sinifə qədər. Çünki, 2002-ci ildə valideynləri ilə birgə İngiltərinin Glasgow şəhərinə köçüb. 2007-ci ildən isə Londonda yaşayır. Hal-hazırda Enfield College-də BTEC Level 2 First Diploma IT in at work üzrə təhsil alır. Həzi eyni zamanda, Metropolitan Police Cadet-dir. Gələcəkdə polis olmaq istətyir.
Həzi hesab edir ki, çox şən oğlandı: “Çox deyib-gülüb danışanam. Sakit dayana bilmirəm.” Özündən çox razıdır. Nə siqaret çəkir, nə də spirtli içki qəbul edir. Hər gün saat 7-də yuxudan durur.
O, karate idman növü ilə məşğuldur: “5 yaşımdan karateyə getmişəm.” Şotlandiyanın Wishaw çəhərində keçirilmiş yarışda 3-cü yerə layiq görülüb. İndi Tottenham Leisure Centre-də yerləşən Turkundo klubda məşq edir. Hərdən gym -ə gedir.
Kitab oxumaqla bir o qədər arası yoxdur.
Hip-Hop və Rap janrında musiqi dinləyir. Ən bəyəndiyi rapçilər Ceza və Hüseyn Dəryadır.
Sevdiyi kinolar: “Blue Streak”, “Bad boys”, “Kick boxer”. Komediya və Action janrında filmlər izləyir.
Gün ərzində xəbərləri www.eveningtimes.co.uk saytından oxuyur. Azərbaycanla bağlı məlumatı isə Lider TV vasitəsilə əldə edir.
Azərbaycanı necə görmək istərdin?
“İnsanların danışığı düzəlsə (red. ?) və yol hərəkəti qaydaları olsa əla olar. Başqa heç bir problem yoxdur. Sadəcə bu iki sahədə düzəliş görmək istərdim.”
Yenidən dünyaya gəlsəydi at olmaq istərdi. Güclü və sağlam olduğu üçün.

ANI



del.icio.us
Digg
Facebook
Technorati