Home | yAZAR | “Cənnət” görmək istəyən Azərbaycana gəlsin!

“Cənnət” görmək istəyən Azərbaycana gəlsin!

image

Bəzən fikirləşirəm ki, Azərbaycanda bir aydan çox qalsam cild-cild kitablar yazaram. Əgər bu müddət bir ayı keçərsə adım el arasında “dəli” çıxar - “Hansı o xəstə Orxan?” - deyə xitab edərlər.
   O möhtəşəm, dillərə dastan, buz kimi suyundan içib doymadığım, daşına toprağına qurban olduğum, ölüb oralarda qalmaq istədiyim diyarımdam uzaqda olduğuma görə ilham pərilərimin mənlə arası yoxdu. Azərbaycanda olduğum zaman hər gün qeyri - adi nağıl və rəvayətlərə qulaq müsafiri olur, özümçün maraqlı reportajlar hazırlaya bilirəm.


   Baş götürüb qaçmaq asandır əzizlərim, qalıb baş çıxardana “oğul” deyirəm.
   Mən də bu “vətən” ə oğul olmadım! Eh, nə edək artıq...
   Yenə bir nağıl danışacam. Analoqu olmayan bir nağıl. Amma bu nağıl 1760-cı ildə yaşanıb...
   Keçən gün Karlo Goldonidən “Yabanlar”ı oxumağı qərara aldım. “Yabanlar” Goldoninin ən məşhur və uğurlu komediyalarından biridir. İlk dəfə 1760-cı il fevralın 16 - da Venesiyanın San Luka Teatrında səhnələşdirilib.
   Gözünə döndüyüm elə bil günümüzün Azərbaycanından danışıb. Kitabı oxuduğum zaman sadəcə oxumaqla qalmır, həm də dəli kimi gülürdüm.
   Əsərdə Lunardo deyə bir ağsaqqal var. Buna “Zəlimxan” deyə bilərik. Yəqin ki, birinci arvadı onun “mülayimliyinə” dözməyib ölüb. Ona görə də gözünə döndüyüm sonradan Marqareta adlı bir arvad alıb. Biz bu xanım - xatına da Güləndam deyək. Güləndam ata yurdunda rahat yaşayan, hər gün teatrlara, karnavallara gedən, Venesiyada o bar sənin, bu bar mənim deyə gəzən, canına xurma yedizdirən bir elqızı olub.
   Sonradan gəlib düşüb bir yekəbaşın əlinə. İndi karnaval nədir, heç pəncərədən çölə baxmağa icazəsi yoxdur.
   Ağsaqqalın birinci arvadından olan bədbəxt bir qızı da var ki, bunun da adı Lusiettadır. Buna da Tükəzban xanım deyək.
   Nəysə Tuka heç evdən çölə çıxmamış, bütün günü “Yaprak Dökümünə” baxan, əlinə oğlan əli dəyməmiş bir qızdır. Tuka corab - zad hörür, baş qatır, ara - sıra evdə heç kim olmayanda pəncərədən çölə baxır, cavan gədələrə baxıb köks ötürür.
   Bir gün Zəlimxan evə gəlir, arvadını yanına çağırıb deyir ki, “bəs axşam qonaqlarımız gələcək. Yaxşı yağlı bozbaş bişir dolma bük”.
    Tukanı da otaqdan qovur ki, “bizim söhbətimizi dinləmə!”
    Zəlimxan arvadına deyir ki, “qızı nişanladım bu axşam da evdə toy edəcəyik, xəbərin olsun!”
    Tukanın bütün bunlardan xəbəri belə yoxdur. Güləndam Zəlimxan kişiyə deyir: “Heç olmasa qız oğlanı görsün, bəlkə heç sevmədi?”
   Zəlimxan hirsli bir şəkildə: “Mənim qızımı heç bir “kişi” görməyəcək! Görən də gərək evlənə!”
    Zəlimxan kişi oğlanın atasıyla söhbət zamanı deyir ki: “Mənim qızım yaxşı qab yuyur, yemək bişirir. Corab hörməkdə də ustadır!”
    Oğlan atası deyir ki: “Bəs oğlum evlənmədən öncə qızı görmək istəyir”.
    Zəlimxan kişi bir az donquldanaraq - “yox, yox olmaz!” - deyir. “Mənim qızımı bu günə qədər heç kim görməyib. Mən ona heç maska taxdırıb teatra da aparmamışam. Ona görə oğlun qızımı, ancaq evləndiyi gün görə bilər!”
    Oğlan atası da Zəlimxan kişidən geridə qalan deyil: “Hə, əşi mənim oğlum da sözümdən çıxmaz. Nə olar ki evləndiyi vaxt görər!”
   Karlo Goldoni bu əsərini yazdığı zaman Azərbaycan nə gündəydi bilmirəm, amma bir az dönüb geriyə baxdığımızda aradan nə az, nə çox 250 il keçib. Amma hələ də Azərbaycanda bir çox insan məhz bu cür yaşayır, bu cür evlənir, bu cür uşaq sahibi olur və sonda da ölüb gedir.
   Bəzən fikirləşirəm ki, bir Amerikalı, ya da avropalı turist ölkəmizə səfər etdiyi vaxt, zamanda səyahət edir. Bir film vardı bəlkə xatırlayarsız: “Back to the Future”. Eyniylə orda baş verənlər, sanki Azərbaycanda da yaşanır.
   Sərhəddən içəri daxil olduğun zaman, qapıya yaxşı baxsan gözəgörünməz böyük hərflərlə yazılmış “WELCOME TO THE HELL” (Cəhənnəmə Xoş Gəlmisiz!) yazısını görərsən.
   Sərhəddə səni qarşılayan “gülərüz” hərbiçilərimiz və palçıqlı qaranlıq yollarda bazar “sumka” ları daşıyan xalalar. Qazax itləri və onların küçüklərinin mırıltısı.
   Uzaqdan onlara baxaraq soyuqdan donmuş əllərini nəfəsiylə isidən ve eyni zamanda seksual aqressiya yaşayan, günəbaxan tumu çırtlayan gənc əsgərlər və onların üzərində yaşayan bitlər.
   Tarixə səyahət etmək istəyən, Azərbaycana gəlsin!

By Orkan Kerimov

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
5.00
Powered by Vivvo CMS v4.1.5.1