Home | yAZAR | Qeyri Milli Olimpiya

Qeyri Milli Olimpiya

image

Kanadanın Vankuver şəhərində davam edən qış oyunları (Vancouver 2010), idman növləriylə maraqlanan, məşğul olan hər kəs üçün xüsusi maraq kəsb edir.

Təbii ki, bu cür olimpiya oyunları, eyni zamanda müxtəlif ölkələrin özlərini dünya ictimaiyyətinə yaxından tanıtmasına, prestij qazanmasına təkan verən mühüm faktorlardan biridir.

2010 Qış Olimpiya Oyunlarında Qafqazın ən inkişaf etmiş ölkəsi Azərbaycan iki, regionun ən geridə qalmış ölkəsi Ermənistan isə 4 idmançıyla təmsil olunur.

Bundan daha diqqət çəkəni isə Ermənistanın milli, Azərbaycanın isə qeyri-milli idmançılarla təmsil olunmasıdır.

——————————

Müqayisə

Rauf adlı azərbaycanlı bloq istifadəçisinin qış olimpiya oyunlarında iştirak edən hər iki ölkənin idmançılarının siyahısını yayınlayıb.

Azerbaijan

Jedrij Notz, Alpine Skiing

Date of Birth September 6, 1974
Age 35
Nationality Azerbaijan
Birthplace Switzerland

Gaia Bassani Antivari, Alpine Skiing

Date of Birth July 8, 1978
Age 31
Nationality Azerbaijan
Birthplace Italy

Armenia

Kristine Khachatryan, Cross-Country Skiing

Date of Birth November 18, 1989
Age 20
Nationality Armenia
Birthplace Armenia

Sergey Mikayelyan, Cross-Country Skiing

Date of Birth April 27, 1992
Age 17
Nationality Armenia
Birthplace Russian Federation

Ani-Matilda Serebrakian, Alpine Skiing

Date of Birth February 7, 1989
Age 21
Nationality Armenia
Birthplace United States

Arsen Nersisyan, Alpine Skiing

Date of Birth July 18, 1987
Age 22
Nationality Armenia
Birthplace Armenia

——————————

Göründüyü kimi, Azərbaycanı təmsil edən idmançılar milliyətcə azərbaycanlı deyil. Ermənistanı təmsil edən idmançıların ikisi bu ölkədə doğulub, digər ikisinin isə doğum yerlərinin Rusiya və ABŞ göstərilməsinə baxmayaraq soyadlarından onların da erməni əsilli olduğunu anlayırıq.

Milliləşdirmə

Xarici idmançıların milliləşdirilməsinin əleyhinə deyiləm, ancaq ölkə daxilindəki potensial idmançıların da yüksək səviyyədə yetişdirilməsinin tərəfdarıyam.

Bununla birlikdə xarici idmançılar milliləşdirilərkən fiziki göstəricilərinə, yaşına və s. diqqət yetirilməlidir.

Dünyanın bir çox ölkələri o cümlədən qonşu Türkiyənin də Olimpiya Komitəsi xarici idmançıları milliləşdirir…

Lakin iki olimpiya komitəsini bu mövzuda ayıran əsas fərq, türklərin daha gənc, hətta yeniyetmə çağındakı gələcəyi parlaq xarici  idmançıları milliləşdirməsidir.

Azərbaycan Milli Olimpiya Komitəsi isə, 30-40 yaşlarında, pensiyaya hazırlaşan xarici idmançıların çörək qapısına çevrilib.

və sonda

Azərbaycanda qış idman növlərinə lazımi diqqətin ayrıldığını düşünmürəm.

Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılıb və 1997-ci ildən isə İlham Əliyev bu qurumun prezidentidir.

Keçən on üç il ərzində əgər hələ də qış olimpiya oyunlarına milli idmançı göndərə bilmiriksə bunun məsuliyyətini birinci növbədə o qurumun rəhbəri daşıyır.

By Elnur Majidli

 

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
0
Powered by Vivvo CMS v4.1.5.1